Sikorski UH-60

Sikorski UH-60
UH-60 Black Hawk
Tipi çoxməqsədli helikopter
Hazırlayan Sikorsky Aircraft Company
İstehsalçı ABŞ Sikorsky Aircraft
İlk uçuş 17 oktyabr 1974
İstismara verilmə tarixi 1979
İstismarçılar ABŞ Ordusu
Türkiyə Silahlı Qüvvələri, İsrail Silahlı Qüvvələri, Yaponiya Silahlı Qüvvələri
İstehsal ili 1974-günümüzə
Buraxılış sayı təqribən 4,000[1]
Vahidinin qiyməti 21.3 milyon ABŞ dolları[2]
Baza modeli Sikorski S-70
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sikorski UH-60 və ya Blək Hauk (ing. Black Hawk - Qara qırğı) — çoxfunksiyalı ABŞ vertolyotu. ABŞ ordusunda Bell UH-1 vertolyotunu əvəz edib.

Əlavə pilonların quraşdırılması ilə Tank əleyhinə idarəolunan raket (TƏİR) AGM-114 Hellfire-lərlə, uzaq məsafəli uçuşlar üçün əlavə yanacaq çəni ilə təchiz olunmuşdur. Eləcə də yük kəsiminin qabaq hissəsində M240M134 pulemyotu quraşdırılmışdır.

UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə vertolyot ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmişdir. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunmuşdur. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrində silahlanmaya daxil olunmuşdur. "Qara qırğı"lar Qrenada, Panama, İraq, Somali, Balkan yarımadası, ƏfqanıstanYaxın Şərqdə baş vermiş bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.

  1. ""Sikorsky finally gets its own Blackhawk."". 2012-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-16.
  2. "United States Department of Defense Fiscal Year 2012 Budget Request: Program Acquisition Costs by Weapon System", p. 1-13." Office of the Under Secretary of Defense (Comptroller)/CFO.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search